Makron özündə cəsarət və qətiyyət tapa bilərmi? KÖŞƏ

Bəzi ermənipərəst dairələr, dövlətlər növbəti dəfə böyük təşviş və qorxu keçirməyə başlayıblar. Nədən ki, Azərbaycan dövləti suveren əraziləri olan Xankəndidə, Xocalıda, Ağdərədə və digər rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə qanuni hakimiyyəti bərpa etməyə başlayır. Qarabağdakı reallığı dərk etməyi bacaran erməni başları revanşist açıqlamalarla çıxış etməyin mənasız olduğunu anlayırlar. Bu baxımdan, onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa çalışırlar. Təbii ki, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş ermənilərin yaşayışı indiki yaşayışlarından qat-qat yaxşı olacaq. Artıq üç dəfə ermənilərlə görüş keçirilib. Növbəti görüşlərin isə Gəncə, Ağdam və Bərdə şəhərlərində rus sülhməramlılarının vasitəçiliyi olmadan keçiriləcək. Bütün bu kimi müsbət nəticələr qeyd etdiyim kimi bəzi yerli və xarici qüvvələri ciddi narahat edir. Hər vəchlə prosesi pozmağa və yenidən bölgədə gərginlik yaratmağa çalışırlar. Fransanın tutduğu səhv və qərəzli mövqeyi buna misal olaraq göstərmək olar. Makron deyilən zad vaxtaşırı sülhə və təhlükəsizliyin təmin olunmasına gedən yolu ermənilərə müəyyən şirnikləndirici vədlər verməklə pozmağa çalışır. Hətta Ermənistanın sağlam qərarlar qəbul etmək və fikirlər səsləndirməkdən uzaq olan baş naziri Paşinyanın başını Marseldə istehsal olunan donuz yağı ilə sığallamaqla Ermənistan sərhədlərinə jandarma qüvvələri göndərib. Bu üzdəniraq qüvvələrin nə iş görəcəkləri, hansı erməni şalvarına yamaq olacaqları müəmmalı görünsə də, bəlli olan məsələ ondan ibarətdir ki, Makron getdikcə, öz sələflərinə uyğun üzünü daha açıq şəkildə nümayiş etdirməkdədir. Söz yox ki, imkanı olsa və şərait yaransa, Afrikada və Əlcəzairdə daha bir vəhşiliklər, soyqırımı aktları törədər. Dünya birliyinin susqunluğundan istifadə edərək müstəmləkə siyasətini bir qədər də genişləndirər.

Fakt budur ki, Fransanın 50-yə yaxın ölkənin ərazisində törətdiyi insanlıq və müharibə cinayətləri dünya xalqları tərəfindən sərt şəkildə ittiham olunur. Buna baxmayaraq Beynəlxalq Məhkəmə hələ də törədilən vəhşiliklərə görə Fransa haqqında ədalətli qərar qəbul etməyir. Bu da bir daha dünya birliyinin ikili standartlardan çıxış etdiyini göstərir. Nəzərə lamq lazımdır ki, Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan 11-i yeraltı sınaqlar olmuşdur. 1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insan qətlə yetirilib. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayiş keçirdiyi zaman Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, on mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı” kimi daxil olub. Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda "Kasablanka döyüşü" kimi yaddaqalan hücumu nəticəsində 3 minə yaxın mərakeşli qətlə yetirilib.1961-ci ildə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli qətlə yetirilib. 29 noyabr 1947-ci ildə Vyetnamda törədilən qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüb. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməmişdən əvvəl fransız əsgərləri tərəfindən zorlanıb. 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçiriblər. Nəticədə, fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb.

Yeri gəlmişkən beynəlxalq aləm, aparıcı dövlətlər Fransanın xalqlara və dövlətlərə qarşı törətdiyi vəhşiliklərə etinasız yanaşsalar da, hər zaman haqsızılığa uğrayana arxa olan, ədalətsizliklə üzləşənə dəstək olan Azərbaycan dövləti, Onun Prezidenti İlham Əliyev Fransanın törətdiyi qətliamlara suqunluq göstərməyir, qəsbkarın cəzalandırılması tələbi ilə dünya ictimaiyyətinə çağırışlar edir. Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Təbii ki, Fransa hökuməti, onun Prezidenti E.Makron özündə cəsarət və qətiyyət tapsa, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çağırışından nəticə çıxarar və qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəyər və məsuliyyətini etiraf edər.

Ümumiyyətlə, faktlar və reallıqlar təsdiq edir ki, bu gün Fransa iqtisadi, siyasi və hərbi nöqteyi-nəzərdən zəif ölkələrdən biri olaraq tanınsa da iddialı siyasətini nümayiş etdirməkdədir. Hər fürsətdə Emmanuel Makron ambisiyalı çıxışlar edib, hay-küylü açıqlamalar verir. Ancaq əminliklə demək olar ki, onun pafoslu çıxışlarına heç ətrafında olan insanlar belə inanmırlar. Məhz bu inamsızlığın nəticəsidir ki, nümayişlər zamanı əhali Makronu şillələyir, ona yumurta atır, müxtəlif sərt ifadələrlə təhqir edirlər. Söz azadlığından, demokratiyadan əsər-əlamətin olmadığı Fransa batmaqdadır, səbəkar isə E.Makrondur. Çünki onun apardığı yarıtmaz, yanlış siyasət “sarı jiletli”lər hərəkatı vasitəsi ilə Parisi qan gölünə çevirib. Əminliklə demək olar ki, proseslər belə davam edərsə, E.Makron fransızlar tərəfindən devriləcək və o, məhlkəmə qarşısına çıxarılacaq. Təbii ki, məhkəmə onu ən ağır cəzaya məhkum edəcək.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə