Koutinyo "Yuventus"un maraq dairəsindədir

"Barselona" və "Braziliya" yığmasının yarımmüdafiəçisi Filippe Koutinyo növbəti "transfer pəncərəsi"ndə klubunu dəyişə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, "Yuventus"un maraq dairəsindədir.

Bildirilir ki, braziliyalı Turin klubunda komandanı tərk etmək niyyətində olan argentinalı Paulo Dibalanı əvəz edə bilər.

Qeyd edək ki, Koutinyo "Barselona"ya 2018-ci ilin qışında keçib. Onun transferi Kataloniya komandasına 135 milyon avroya başa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə