Nicat Şıxəlizadə dünya çempionatında çıxışını başa vurub

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında 66 kq çəki dərəcəsində yarışan idmançımız Nicat Şıxəlizadə mübarizəni dayandırıb. SİA-nın məlumatına görə, cüdoçumuz 1/16 final mərhələsində braziliyalı Daniel Qarqninlə qarşılaşıb. Rəqib ipponla qalib gəlib. N.Şıxəlizadə dünya çempionatında çıxışını başa vurub.

Qeyd edək ki, Nicat 1/32 finalda misirli Abdelmavqoud Mohamed üzərində qələbə qazanıb.

Xatırladaq ki, bu gün mübarizəyə başlayan Azərbaycan təmsilçisi Buyanxişiq Purevsuren isə ilk görüşündə Böyük Britaniya cüdoçusu Çelsi Gilsə ipponla məğlub olub və mübarizəni erkən dayandırıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə