"Qarabağ" - "Şerif" matçı canlı yayımlanacaq

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində "Qarabağ" iyulun 25-də Moldovanın “Şerif” klubunu qəbul edəcək. SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Bu matç "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə