YAP nümayəndələri Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Fəxri xiyabana gələrək, Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tarixi uğurlar qazanması Ümummilli Lider Heydər Əliyevin titanik fəaliyyəti, məqsədyönlü siyasəti və əbədiyaşar ideyaları ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə