Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur

Şuşada seysmoloji stansiyanın qurulması istiqamətində ilkin işlər başa çatıb. Hazırda abadlıq işləri və stansiyanın quraşdırılması qalıb. SİA xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, stansiya Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Azərbaycana hədiyyə edilib:

"Bu, Azərbaycanda dördüncü quyudibi stansiya olacaq, 100 metr dərinlikdə yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacağıq. Əhali köçdükcə orada işlə təmin olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə