Kaluqa vilayətinin ən böyük neft emalı zavodu yandırılıb...

Rusiya Federasiyasının Kaluqa vilayətində pilotsuz uçuş aparatları neft emalı zavoduna hücum edib.

Hücumdan sonra yanğın baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Rusiya KİV-nə istinadən xəbər verir.

Deməli, KİV-in məlumatına görə, Polotnyanı Zavod stansiyası yaxınlığındakı Dzerjinski rayonunda gecə saat 1 radələrində bir neçə güclü partlayış səsi eşidilib.

Şahidlərin dediyinə görə, bundan əvvəl bir neçə PUA-nın xarakterik səsləri eşidilib, bundan sonra yerli Birinci Zavod neft anbarının ərazisində yanğın və tüstü görünməyə başlayıb.

...RosSMI zavodda yanğınnın lokallaşdırıldığını və tələfatın olmadığını bildirir.

Yerli sakinlərin sözlərinə görə, işçilər gecə saat 12 radələrində neftayırma zavodundan təxliyə edilib.

Qeyd edək ki, “Birinci Zavod” MMC Rusiyanın Kaluqa bölgəsindəki ən böyük neft emalı zavodudur. Kommersiya neft və qaz kondensatının emalı üçün əsas kompleksdir. Nominal neft emalı gücü ildə 1,2 milyon tondur.

Xatırladaq ki, martın 15-də də bu neftayırma zavoduna hücum edilib.

...Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bu gecə PUA-nın qəzaya uğraması nəticəsində Dzerjinski rayonundakı müəssisənin ərazisində yanğın baş verdiyini bildirib.

Onun dediyinə görə, yanğının söndürülməsi üçün əraziyə əməliyyat bölmələri göndərilib.

...Hazırda yanğın söndürülüb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Müəssisənin infrastrukturuna dəymiş ziyanın həcmi qiymətləndirilir.

Şapşa deyib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə