Çadda prezident seçkilərində Mahamat İdriss Debi İtno qalib gəlib

Çadın keçid dövrü lideri Məhəmməd İdriss Debi İtno mayın 6-da keçirilən prezident seçkilərində qalib gəlib. SİA-nın məlumatına görə, bu barədə Seçkilərin İdarə Edilməsi üzrə Milli Agentliyin (Seçki Komissiyası) rəhbəri Əhməd Bartşir ilkin səsvermənin nəticələrini açıqlayarkən bildirib. Nəticələrin elan olunması “Tchadinfos” portalı tərəfindən yayımlanıb.

Seçki komissiyasının məlumatına görə, hazırkı dövlət başçısı 61 faiz səs toplayıb. Siyahıda ikinci yerdə 18 % səslə baş nazir Syukse Masra qərarlaşıb. Yekun nəticələrin iyunun 5-də açıqlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə