Türkiyə sahillərində onlarla qanunsuz miqrant xilas edilib

Türkiyənin İzmir vilayətinin Karaburun rayonunun sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrant aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Sahil Mühafizə Xidməti məlumat yayıb.

Məlumata görə, əraziyə xilasetmə qrupu göndərilib.

Xidmətin əməkdaşları Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan rezin qayıqda biri uşaq olmaqla 39 qanunsuz miqrantı xilas edib.

Onlar vilayətin Miqrasiya İdarəsinə təhvil verilib. Miqrantların hansı ölkənin vərəndaşları olmaları açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə