Azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün lazım olan bütün tədbirlər görülür - Komitə sədri

"İşğaldan azad edilmiş ərazilərdə insanların rahat, sərbəst və rifah içində yaşaması üçün lazım olan bütün tədbirlər görülür". SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

B.Muradovanın sözlərinə görə, məcburi köçkünlər yüksək keyfiyyətlə tikilmiş evlərə, mənzillərə köçürülür:

"Onların əmək şəraiti, təhsili, sağlamlığı xidmətlərinin təşkili üçün bütün şərait yaradılır. Düşünürəm ki, hər bir insanın ən təhlükəsiz sığınacağı onun evidir. O, evində sülhə, əmin-amanlığa nail olmalıdır. Necə ola bilər ki, biz torpağımızda sülhü təmin edək, ancaq ailələrimizdə problem olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə