"Gələcəyin formalaşdırılması: Strateji uzaqgörənlik" mövzusunda tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün ADA Universitetində "Gələcəyin formalaşdırılması: Strateji uzaqgörənlik", həmçinin “Strateji uzaqgörənlikdə Azərbaycanın təcrübəsi” mövzularında tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə yüksəksəviyyəli xarici qonaqlar, YUNESKO və ICESCO-nun, habelə beynəlxalq tədqiqat institutlarının nümayəndələri, eləcə də bp Azərbaycan, "PASHA Holding" və COP29 rəsmiləri, universitetin müəllim, tələbə heyəti, media nümayəndələri iştirak edirlər.

Çıxış nitqini İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim M. Al Malik edib.

Yüksəksəviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək tədbirdə YUNESKO və ICESCO-nun, habelə beynəlxalq tədqiqat institutlarının nümayəndələri, eləcə də bp Azərbaycan, "PASHA Holding" və COP29 rəsmiləri "Gələcəyin formalaşdırılması: Strateji uzaqgörənlik", həmçinin “Strateji uzaqgörənlikdə Azərbaycanın təcrübəsi” kimi mövzularda çıxış edəcəklər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə