Azərbaycan xalqı Ümummilli Liderin xatirəsini yad edir

Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edir. SİA xəbər verir ki, müxtəlif dövlət qurumlarında çalışan şəxslər, ictimai xadimlər, sadə vətəndaşlar dəstə-dəstə güllərlə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir.

Qeyd edək ki, bu gün Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə