İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 24 batalyonundan 20-sini məhv edib. SİA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində bildirib.
"Biz HƏMAS-ın 24 terror batalyonundan 20-yə yaxınını məhv edə bildik. Rəfahda daha 4-nü məhv etməliyik. Buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik", - İsrail hökumətinin başçısı deyib.
Netanyahu həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib, lakin ölkə ordusunun bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB