“Avroviziya-2024”ün bütün finalçıları məlum olub - YENİLƏNİB

İsveçin cənubundakı Malmö şəhərində “Avroviziya”un ikinci yarımfinalı baş tutub, final mərhələsinin bütün iştirakçıları bəlli olub. SİA xəbər verir ki, cümə axşamı səhnəyə 16 iştirakçı çıxıb, onlardan 10-u daha sonra yarışmaq hüququ qazandılar: Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan.

Çərşənbə axşamı baş tutan birinci yarımfinalın nəticələrinə əsasən, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri həlledici mərhələyə yüksələ biliblər.

Mayın 11-də keçiriləcək finalda ümumilikdə 26 ölkə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə