Paşinyanla işləmək çətin olduğu etiraf edilir

“Paşinyanla işləmək çətindir. Çünki o qəzəblənəndə tez əsəbləşir və bu zaman istənilən bir insanı təhqir də edə bilər”. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu “Qraparak” qəzetində yazılan yazıda öz əksini tapır.

"Qraparak" qəzeti yazır ki, bu aralarda Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan vəzifəsindən azad edilməsi barədə ərizə yazıb, amma Nikol Paşinyanın çağırışı ilə imtina edib. Doğrudur, bu məlumat müvafiq orqanlar tərəfindən rədd edilib, lakin Ermənistan kiçik bir ölkədir və buna bənzər məlumatlar, bir qayda olaraq, olduqca tez yayılır. Qəzet yazır ki, bu istefa ilə bağlı əlavə məlumatları axtarmağa çalışdıqları zaman, hökumətə yaxın mənbələr diqqətəlayiq məlumatlar veriblər. Məlumat veriblər ki, təkcə Artur Vanetsyan deyil, demək olar ki, bütün hökumət üzvləri vaxtaşırı istefa ərizələri yazırlar, sonra bu ərizələri baş nazir və ya ərizə yazanların özləri cırırlar. Bu cür istefa ərizəsini baş nazirin müavinləri, nazirlər və hətta şəhər meri də yazıb. Fakt budur ki, Nikol Paşinyanla işləmək çətin məsələdir. O tez əsəbiləşir və əsəbiləşəndə hər bir insanı təhqir edə bilər. İnsanlar bu cür davranışlara dözmək məcburiyyətindədirlər və çox vaxt hər şeyi qoyub onu tərk etməyə çalışırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...