Lotereyadakı uduş xanımın həyatını məhv edib

Şotlandiya vətəndaşı Ceyn Park lotereyada iri məbləğdə pul udduqdan sonra darıxdırıcı həyatdan şikayətlənib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə milyonçu xanım özünün Twitter səhifəsində yazıb.

23 yaşlı xanımın sözlərinə görə, o, özü-özünə “gün ərzində nə edim?” sualını verməkdən bezib və işə düzəlmək haqqında fikirləşir.

Britaniya kütləvi informasiya vasitələrinin yazdığına görə, Smit 17 yaşı olarkən lotereyada 1 milyon funt-sterlinq udub. O, bu pulları, əsas etibarilə, plastik əməliyyatlara, bahalı geyimlərə və maşınlara, həmçinin, səyahətlərə və mülk almağa sərf edib. Az sonra xanım bahalı alış-verişin onu bezdirdiyini bildirib. Hətta Şotlandiya vətəndaşı etiraf edib ki, lotereyadakı uduş onun həyatını darmadağın edib.

Bütün xəbərlər Facebook səhifəmizdə