“Gazprom Neft”in nümayəndələri SOCAR-da

“Gazprom Neft” şirkətinin nümayəndələri SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzləri ilə tanış olub. SİA TTSİ-yə istinadla xəbər verir ki, “Gazprom Neft” şirkətinin Sankt Peterburq baş ofisinin təhlükəsizlik mədəniyyətinin inkişafı departamentinin rəhbəri Asiya Kusunyarova, təlim üzrə xüsusi inkişaf proqramının rəhbəri Aygül Qallyamova, statistika və müqavilə işləri üzrə baş mütəxəssis Yelena Volik Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin və Qobustan regional təlim mərkəzinin təlim və tədris prosesi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə