Zelenskiyə görə, Ukraynanın ən böyük səhvi budur

Zelenskiyə görə, Ukraynanın ən böyük səhvi budur

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin son onilliklərdə əsas səhvi kimi güclü təhlükəsizlik sistemi üzərində işin olmamasını görür.

SİA xəbər verir ki, o, bu barədə Çexiya televiziyasına müsahibəsində danışıb.

Son onilliklər ərzində Kiyevin güclü təhlükəsizlik mövqeyi inkişaf etdirməmədiyini deyən Zelenski, ruslardan belə aqressiv davranış gözləmədiklərini də etiraf edib: “Bu, ölkəmizin, Ukrayna siyasətinin ən böyük səhvidir”

İndi bütün dünyada insanların öz prioritetlərini dəyişdiyini bildirən Ukrayna rəhbəri, bu günkü insanları göydə, yerdə və hətta suda da yalnız təhlükəsizlik narahat etdiyini deyib.

Onun sözlərinə görə, təhlükəsizliyin qayğısına qalmaq bugünkü dünya və Avropa liderlərinin əsas məqsədidir.

“Biz təhlükəsizliyin qayğısına qalmalıyıq, hər şeyi strateji şəkildə planlaşdırmalıyıq ki, bizdən sonra gələcək gənc siyasətçilər nəsli davam edə bilsin”, - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Zelenski, Ukraynanın Avropanın fiziki təhlükəsizliyini, eləcə də dünyanın ərzaq təhlükəsizliyini təmin etməyə qadir olduğunu demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə