“Türkiyə Misirlə münasibətlərin normallaşması mərhələsinə başlayıb” - ÇAVUŞOĞLU

“Türkiyə Misirlə münasibətlərin normallaşması mərhələsinə başlayıb” - ÇAVUŞOĞLU

“Türkiyə Misirlə münasibətlərin normallaşması mərhələsinə başlayıb”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O söyləyib ki, lakin proses yavaş gedir: “Misirdən fərqli olaraq, digər ölkələrlə münasibətlərimizin normallaşması daha sürətlidir. Amma bunun səbəbkarı biz deyilik, Misirdir”.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə və Misirin əməkdaşlığı region üçün perspektiv vəd edir: “Amma Misir də səmimi olmalı, səy göstərməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə