“Bu, Putinin artan çarəsizliyidir...”

Trass Rusiyanın zərbələrini "Ukraynanın uğurunun əlaməti" kimi dəyərləndirib...
“Bu, Putinin artan çarəsizliyidir...”

Böyük Britaniyanın baş naziri Liz Trass bazar ertəsi Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı apararaq, onunla Rusiyanın respublikadakı infrastruktur obyektlərinə raket zərbələri endirməsini müzakirə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, britaniyalı baş nazir bunu Ukraynanın uğuru və prezident Vladimir Putinin artan çarəsizliyinin əlaməti olduğunu söyləyib.

Baş nazir Böyük Britaniyanın prezident Zelenskini və Ukraynanı tam dəstəklədiyini bildirib.

Qeyd edək ki, bu barədə Böyük Britaniya Baş Nazirinin ofisinin bəyanatında deyilir.

Trass, oktyabrın 11-də Zelenskinin də iştirak edəcəyi “G7” ölkələri liderlərinin onlayn formatda fövqəladə iclasının keçiriləcəyini xatırladıb.

Həmsöhbətlər razılaşıblar ki, tədbir Putinin ləyaqətsiz kampaniyasının pislənməsi ilə bağlı vahid yanaşmanı təsdiqləmək üçün mühüm imkan yaradır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə