Polşa da Baltikyanı ölkələr kimi rusların ölkəsinə girişinə qoyulan qadağaya qoşulub
“Qonşudan qalma dala...”

..Bu arada Polşa da Baltikyanı ölkələr tərəfindən tətbiq edilən rus turistlərin ölkəyə girişinə qadağaya qoşulacaq.

SİA “Reuters”da yer alan məlumata istinadən xəbər verir ki, Polşa, Estoniya, Latviya və Litva bəyanat verərək Avropa Birliyinə səyahətin “insan hüququ deyil, imtiyaz olduğunu” bildiriblər.

Xatırladaq ki, bir müddət bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi sentyabrın 19-dan Şengen zonasındakı hansı ölkənin onlara viza verməsindən asılı olmayaraq, bütün rusiyalı turistlər üçün ölkəyə giriş qadağan etdiyini bildirmişdi.

Qeyd edək ki, eyni qərar Latviya və Litvada da verilib. İstisnalar diplomatlara, yük maşınlarının sürücülərinə, eləcə də qohumlarına baş çəkənlərə və humanitar səbəblərdən sərhədi keçənlərə şamil ediləcək.

...Bəs, belə olan halda... Polşa niyə qonşularından geri qalmalıdır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə