Son günlər Avropa ölkələrində müşahidə edilən isti hava şəraitinin ardından Türkiyədə də havanın temperaturunun kəskin yüksələcəyi bildirilir. xüsusilə Antalyada havanın temperaturunun 44 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Antalya valiliyindən əhaliyə xəbərdarlıq edilib.
Valilikdən verilən açıqlamaya görə, iyulun 19-dan 25-dək Antalyada havanın temperaturunun sahilyanı ərazilərdə 38 ilə 44 dərəcə, daxili bölgələrdə isə 32 ilə 36 dərəcə arasında dəyişəcəyi ehtimal olunur. Hidrometeoroloqlar həmçinin bölgədə rütubət nisbətinin 10-30 faiz arasında, şimal və şimal-şərq istiqamətlərində isə güclü küləyin olacağını bildirirlər.
Hava proqnozu ilə əlaqədar olaraq, əhaliyə diqqətli və tədbirli olmaları ilə bağlı xəbərdarlıq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB