“...Bu həftə Rusiyanın düşmənçilik fəaliyyətinin artacağını gözləmək lazımdır”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski növbəti videomüraciətində bildirib.
"Sabah tarixi bir həftə başlayır. Ukraynaya namizədliyin statusu ilə bağlı Avropa İttifaqından məlumat alacağımız həftə... Düşünürəm ki, hər kəsə aydındır ki, 1991-ci ildən bəri Ukrayna üçün gözlədiyimiz taleyüklü qərarlar çox az olub. Və mən əminəm ki, yalnız müsbət qərar bütün Avropanın maraqlarına cavab verir”, - deyə Zelenski bildirib.
Bu həftə bütün imkanlardan istifadə etdiyini deyən Zelenski Ukraynanın Avropa perspektivini qorumaq üçün avropalılara yeni müraciətlər planlaşdırıldığını bildirib.
“…Aydındır ki, belə bir həftə ərzində biz Rusiyadan düşmənçilik fəaliyyətinin artacağına gözləməliyik. Amma unutmaq lazım dyil ki, bu düşmənçilik təkcə Ukraynaya qarşı deyil, digər Avropa ölkələrinə qarşı da olacaq. Biz hazırlaşırıq və hazırıq. Biz tərəfdaşlarımıza xəbərdarlıq edirik”, - deyə dövlət başçısı bildirib.
Qeyd edildiyi kimi, fevralın 28-də prezident Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzalayıb. Avropa Komissiyası Avropa Şurasına Ukraynaya Avropa perspektivi və Avropa İttifaqı üzvlüyünə namizəd statusu verməyi tövsiyə edib.
Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurasının qərarının iyunun 23-24-də qəbul ediləcəyi gözlənilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB