Avstriya kansleri "Qazprom"u hədələdi...

“…əgər Rusiyanın “Qazprom” şirkəti bizim ən böyük anbarımızı doldurmasa, bu halda bunu onlardan alıb başqa təchizatçılara təhvil verəcəyik”.
Avstriya kansleri "Qazprom"u hədələdi...

Avstriya kansleri Karl Nehammer, Zaltsburqda respublikanın ən böyük qaz anbarı olan “Haydax” yanacaqla doldurulmasa, “Qazprom”dan alınacağı ilə hədələyib.

Qeyd edilir ki, o, hökumətinin həyat qabiliyyətindən danışarkən qaz ehtiyatının yaradılması nümunəsindən istifadə edərək enerji təchizatının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib.

SİA bu barədə “TASS”a istinad edir.

Hazırda vəziyyəti izlədiklərini deyən kansler, ruslara, daha doğrusu rusların “Qazprom” şirkətinin rəhbərliyinə xəbərdarlıq edib: “…əgər Rusiyanın “Qazprom” şirkəti bizim ən böyük anbarımızı doldurmasa, bu halda bunu onlardan alıb başqa təchizatçılara təhvil verəcəyik”.

Avstriyanın qazı müxtəlif təchizatçılardan almaq imkanını nəzərdən keçirdiyini bildirən Nehammer ölkəsinin ilk dəfə olaraq dövlət strateji qaz ehtiyatı yaratdığını da bildirib. Eyni zamanda o Avstriyanın “Haydaxı” milliləşdirmək fikrində olmadığını da bəyan edib.

“İstifadə et, ya da itir” deməkdir. Əgər ondan istifadə edirsinizsə, onda hər şey qaydasındadır, istifadə etməsəniz, başqa şirkətlər onu alacaq.

Nehammer “Haydax”ın təkcə Almaniya üçün deyil, həm də Avstriyanın qərb bölgələri üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə