2 ildən artıqdır ki, demək olar ki, bütün dünyanı əhatə edən koronavirus epidemiyasına qarşı tədbirlər tədricən yumşaldıldığı halda, bütün dünyanın gözü Şimali Koreyaya çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2 ildir tam karantində olan və heç vaxt peyvənd olunmayan iki ölkədən biri olan Şimali Koreyada tədbirlərin aradan qaldırılması böyük müzakirələrə səbəb olub.
Keçən il Şimali Koreya Çinin "Sinovac" peyvəndinin təxminən 3 milyon dozasını rədd edərək, göndərişlərin ona daha çox ehtiyacı olan ölkələrə getməli olduğunu söylədi. Bununla yanaşı, Pxenyan da mümkün yan təsirlərlə bağlı narahatlıqlara görə "AstraZeneca" peyvəndinin 2 milyon dozasından imtina etdi.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB