Türkiyәnin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Hulusi Akar söhbәt zamanı Rusiya ilə Ukrayna arasında diplomatik həllə nail olmaq üçün təcili atəşkəsin tәmin edilmәsinin vacibliyini və başda Mariupol olmaqla mülki əhalinin qurudan təhlükəsiz şəkildə təxliyə edilməsinin әhәmiyyәtini vurğulayıb.
Nazir Hulusi Akar hәmçinin humanitar yardım mәsәlәsindә hər cür dəstəyi verməyə çalışan Türkiyənin daha əvvəl olduğu kimi bundan sonra da bölgədə sülhün təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcəyini vurğulayıb.
Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB