Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsi istiqamətində hazırlıq işləri aparılır. Bu məsələ İran və Türkmənistanın xarici işlər nazirləri arasında aparılan telefon danışığında müzakirə olunub.
SİA-nın məlumatına görə, söhbət zamanı qeyd edilib ki, Türkmənistan və İran Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Dənizdə beynəlxalq terrorçuluğa və narkotik vasitələrin qaçaqmalçılığına qarşı birgə mübarizə daha səmərəli olar.
Qeyd edək ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsini Türkmənistanın xarici işlər naziri Rəşid Meredov təklif edib. İranın xarici işlər naziri Əmir Abdullahiyan da bu təklifi razılıqla qarşılayıb və bu istiqamətdə işlərin aparıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB