Ötən gün Ukraynadan 5 minə yaxın insan təxliyə edilib

Ötən gün Ukraynadan 5 minə yaxın insan təxliyə edilib

Ukraynada humanitar dəhlizlər vasitəsilə ötən gün 5 minə yaxın insan təxliyə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

“Bu gün 4 892 nəfər təxliyə edilib”, – Vereşçuk teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Mariupoldan 1 171 nəfər, Poloq, Vasilyevka, Berdyansk, Melitopol və Qulyaipoldan isə 2 515 nəfər öz avtomobilləri ilə Zaporojyeyə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə