... “Donetsk Xalq Respublikasının” (“DXR”) xalq milisləri Mariupoldan Ukrayna təhlükəsizlik qüvvələrinə çıxış üçün dəhliz verməkdən imtina edib.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “DXR”-nın səlahiyyətli nümayəndəsi Eduard Basurin deyib və dediklərinə də “əla bir əsas” göstərib.
Deməli, Basurin deyib ki, guya bundan əvvəl ukraynalılara Mariupoldan çıxmaları üçün dəhliz təklif olunub, amma onlar bundan imtina ediblər. Ona görə də onlar artıq sadəcə silahlı deyillər, indi onlar cinayətkar sayılırlar. Çünki mülki insanları öldürüblər.
...İnanın, burda adamın yadına “kor kora kor deməsə, bağrı çatlar” deyimi düşür.
Yeri gəlmişkən, deyilənə görə, Mariupol ərazisində qalan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin ümumi sayının 3-4 min nəfər olduğu bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB