Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Qərb ölkələrinin “DHL” yükdaşıma şirkətinə məxsus, eləcə də tibbi rəmzləri olan avtomobillərdə Ukraynaya silah daşıya biləcəklərini istisna etməyib.
SİA onun TASS agentliyinin yayımladığı fikirlərindən sitat gətirir: “İnternetdəki nəşrlərdən də aydın olur ki, DHL çatdırılma şirkətinin silah daşımaq üçün istifadə edilən avtomobilləri də Ukrayna Silahlı Qüvvələrinin əlinə keçib”. Qeyd edək ki, bunu daimi nümayəndə bildirib.
Maraqlıdır ki, Nebenzya Qərbin Kiyevə tədarük edəcəyini vəd etdiyi silahlar BMT və ATƏT-in maşınları və ya tibbi rəmzləri olan maşınlarla gətirilə biləcəyini də istisna etmir.
Qeyd edək ki, bundan əvvəl BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiya və Ukrayna arasında İstanbulda əldə olunan razılaşmaların hər iki tərəf üçün konkret addımlara çevriləcəyinə ümid etdiyini bildirmişdi. Onu da qeyd edək ki, İstanbulda, boğazın Avropa tərəfindəki Dolmabaxça sarayında üç saata yaxın qapalı keçirilən görüşdə, deyəsən, yenə də elə bir uğur əldə edilməyib.
Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski Rusiya Federasiyasının Kiyevdən neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər aldığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB