ABŞ-da FTB “mən ölüm, sən ölüm"ə baxmır?..

ABŞ-da FTB “mən ölüm, sən ölüm"ə baxmır?..

Bu günlərdə ABŞ-ın Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsi rusiyalı iş adamı Oleq Deripaskanın 2018-ci ildə ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı müraciətini rədd edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, hökmdə bildirilir ki, Apellyasiya Məhkəməsi bu məsələlərə tam şəkildə baxıb və rayon məhkəməsinin qərarının təsdiqi barədə qərar verib. SİA bu barədə “rasbolt”saytına istinad edir.

Qeyd edəkki, bu Oleq Deripaskanın ilk uğursuzluğu deyil. Qeyd edək ki, 2021-ci ildə rusiyalı iş adamı Kolumbiya dairəsi üzrə Federal Dairə Məhkəməsində sanksiyaların ləğvi ilə bağlı da iddianı uduzmuşdu.

Qeyd edək ki, bu gün sanksiyaların Deripaskaya vurduğu zərər milyardlarla (təbii ki, dollarla) qiymətləndirilir deyə o bu qərardan yuxarı məhkəməyə şikayət etmişdi.

Yeri gəlmişkən xatırladaq ki, ABŞ hakimiyyəti hələ 2006-cı ildə Deripaskanın vizasını ləğv etmişdi. Bununla belə, o, hələ də ara-sıra ABŞ-a gəlib-gedirmiş: məsələn, 2009-cu ildə Deripaska FTB-nin təşkil etdiyi giriş icazəsi ilə ABŞ-a iki dəfə səfər edə bilib. Daha sonra Deripaska davam edən istintaq çərçivəsində ABŞ-da FTB agentləri ilə görüşüb və sahibkarın nümayəndəsi səfərlərin məqsədinin işgüzar görüşlər olduğunu bildirmişdi.

...Amma indi dövran, deyəsən bir balaca dəyişib? Siz də deyirsiniz ki, ABŞ-da FTB “mən ölüm, sən ölümə” baxmır?..

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə