Rusiyaya qarşı sanksiyaların ləğvi şərtləri...

Britaniyanın xarici işlər naziri Truss sanksiyaları Rusiyaya qarşı real təzyiq rıçaqı adlandırıb
Rusiyaya qarşı sanksiyaların ləğvi şərtləri...

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb.

SİA xəbər verir ki, bu barədə Teleqraf.com xəbər verir

“...Sanksiyalar yalnız tam atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılması, eləcə də bundan sonra heç bir təcavüz olmayacağına dair öhdəliklər götürməklə ləğv edilməlidir”-deyən britaniyalı nazir sanksiyaları istifadə oluna bilən “əsl təzyiq rıçağı” adlandırıb.

Trussun sözlərinə görə, indi "sanksiyaları iki dəfə artırmaq və Ukraynaya tədarük edilən silahların miqdarını iki dəfə artırmaq" lazımdır. Nazir hesab edir ki, Ukrayna və Qərb ölkələrinin tətbiq etdiyi hazırkı taktikaların eskalasiyası Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasına keçirə bilər.

“Danışıqların vaxtı gələndə mən Böyük Britaniyanın Ukraynaya effektiv razılaşmanın əldə edilməsində dəstəyin təmin edilməsində əsas rol oynamasını istəyirəm”, -xanım nazir əlavə edib.

Qeyd edək ki, bundan əvvəl almaniyalı iqtisadçı Aika Hamer ölkəsinin Rusiya əleyhinə sanksiyalardan əziyyət çəkə biləcəyini etiraf etmişdi. Belə ki, mütəxəssis böhranın ilk növbədə orta təbəqəyə, eləcə də Almaniya əhalisinin ən az təminatlı hissəsinə, Avropa və ABŞ-a təsir edəcəyini proqnozlaşdırıb. Bununla yanaşı, onun fikrincə, Almaniya iqtisadiyyatı Rusiya ilə qarşıdurma fonunda çökərsə, Avropa da “dağıla” bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə