İngiltərə Ukraynaya anti-batareya sistemləri verəcək - Conson - VİDEO

İngiltərə Ukraynaya anti-batareya sistemləri verəcək - Conson - VİDEO

Böyük Britaniyanın baş naziri Boris Conson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı danışıqlardan danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Conson bunu NATO sammitindən və NATO liderlərinin ikitərəfli görüşlərindən sonra keçirilən brifinqdə deyib.

Jurnalistlər Consona Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardımla bağlı danışıqları barədə sual veriblər. "Biz Ərdoğanla belə razılaşdıq: Britaniya Ukraynaya Rusiyanın uzaqmənzilli artilleriyasını məhv etmək üçün anti-batareya sistemləri ilə təmin edir, onlar buradan Mariupolu vururlar. Bu Britaniya artilleriyası da rus gəmilərini uzaq məsafədən məhv edə biləcək. Türkiyə isə Ukraynaya "Bayraktar"ların daha bir partiyası, həmçinin Britaniyanın uzaqmənzilli ağır artilleriyasının yüklənəcəyi və lazımi yerlərə daşınacağı platformalı güclü təkərli traktorları təslim edəcək”, - məlumatda deyilir.

Bundan əvvəl Boris Conson Rusiya prezidenti Vladimir Putinin dayana biləcəyinə şübhə etdiyini bildirib. Eyni zamanda o qeyd edib ki, Rusiya Federasiyasının hücumuna məruz qalan Ukrayna üçün asan olmayacaq, baxmayaraq ki, qalib gələcək: “Düşünürəm ki, Putin Qroznıya etdiklərini Ukrayna şəhərlərinə də edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə