Almaniyadan Ukraynaya silah-sursat gətirilib

Almaniyadan Ukraynaya silah-sursat gətirilib

Almaniyadan 1,5 min “Strela” daşınan zenit raket kompleksi və 100 ədəd “MG3” pulemyotu Ukraynaya gətrilib.

Bununla yanaşı Kiyevə odlu silahlar üçün 8 milyon patron ötürülüb. Eyni zamanda, Almaniyadan Ukraynaya digər yardımların da çatdırıldığı bildirilir.

Qeyd edək “Ukrinform”a istinad edən SİA xəbər verir ki, bu günlərdə Almaniyanın xarici işlər naziri Annalena Burbok ölkəsinin Ukraynaya ayıran 1 milyard avro dəyərində humanitar yardım və silah-sursatın çatdırılmasını zəruri hesab etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə