Həm tarixi arxa planı, həm də günümüzdə cərəyan edən geosiyasi proseslərin məntiq və hədəfləri etibarilə nə erməni məsələsini, nə də XX əsrin sonlarına doğru daha da aktuallaşdırılaraq səhnəyə çıxarılan PKK terrorunu imperiyalist güclərin Türk millətiylə bağlı hesab və əməllərindən ayrı tutaraq dəyərləndirmək mümkün deyildir. Xüsusilə Türk- İslam aləminin lokomotivi sayılan Anadolu Türklərinin milli bir gündəm və konsepsiya, Ankara mərkəzli daha müstəqil siyasət xəttilə geniş coğrafiyalardakı soydaş, əqraba və dindaş topluluqlarla qucaqlaşaraq dünya nizamında haqq etdiyi güclü mövqeyi təkrar qazana bilmə ehtimalı birilərinin həmişə yuxularını pozmuşdur. Türk dünyasının təmsil etdiyi tarixin dərinliklərindən gələn ədalət və xoşgörüyə dayalı mədəniyyət, bu mədəniyyətin birləşdirici xarakteri, humanist və insanpərvər yönü istismarçı müstəmləkə anlayışını dünya ağalığı üçün əsas silaha çevirmiş bəzi ölkələrdəki elitaları narahat etməsi də başa düşüləndir.
Ta XIX əsrin ikinci yarısından etibarən erməni xalqının tarix boyu ən çox hörmət və dəyər gördüyü Osmanlı dövlətinə və Azərbaycan Türklərinə qarşı istifadə edilməsinə, Xınçaq, Daşnaqsütun, Armenekan kimi devşirilmiş sözdə milliyətçi qruplar, kilisələrdə yuvalanan xarici kəşfiyyatların əlində alətə çevrilmiş "din adamları"nın vasitəsilə ermənilərin beyinlərinin zəhərləndirilərək düşmənlik toxumları əkilməsi hadisəsinə də bu böyük rəsmin içində baxmaq lazımdır. Bölgənin və tarixin demoqrafik, hərbi, mədəni reallıqlarıyla daban-dabana zidd olan dövrün geosiyasi geriçəkilmə və dalğalanmalarını fürsətə çevirmək istəyən erməni faşizminin müxtəlif həvəsləndirmələrlə Türkiyə-Azərbaycanın milli varlığına qarşı yönəltdiyi düşmənçilik siyasətinin elə ən böyük məğlubları ermənilər olmuşdur. Gəlinən nöqtədə bunu daha açıq bir şəkildə görmək, balaca budaqların üstündə oturub böyük və köklü ağaçları silkələməyə cəhd edənlərin əməllərinin əbəsliyini anlamaq mümkündür.
Millətlər də insanlar kimi xarakterləri, kataklizm və rüzgarlar qarşısında prinsiplərini nəyin bahasına olursa olsun qoruya bilmə iradə və əzmləriylə özlərindən söz etdirir, çətin olanı əldə edərək ətraf üzərindəki təsirlərini gücləndirirlər. Bu mənada Türkiyə və Türk milləti həm son əsr həm də son 10 illik hadisələr bağlamında böyük hücum və oyunları bərtaraf edərək yeni dünyanın oyun qurucu mərkəz ölkələrindən biri olduğunu ortaya qoymuşdur. Antaliyadakı diplomatiya formu, Ankarada görülən dövlət və hökümət başçılarının son günlər bir-birilərini əvəz etməsi bunun bariz sübutudur. 44 günlük Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi zəfər Cənubi Qafqazda da bundan sonra Türkiyə faktoru olmadan heç bir strateji mahiyyətli dəyişimin mümkün olmayacağını nümayiş etdirdi. Dünya siyasətində Ankaranın çəkisi gündən-günə artarkən Ermənistan Türk gücünə qarşı istifadə edilən aparat olaraq da əhəmmiyət və cazibəsini itirmişdir. Ukrayna - Rusiya müharibəsi, çox qütblü dünya nizamı uğrunda cərəyan edən çətin mübarizə istər kollektiv Qərb, istərsə də Moskva və Pekin nəzdində də Türkiyənin önəmini bir az daha artırmışdır. Bu mənada Ermənistanda bəlkə də qaytardılar xülyasıyla yaşayan revanşist qüvvələrin son ümidləri də puç olmaqda, zaman Paşinyandan Türkiyə ilə normallaşmanın önündə duracaq bütün absurd iddiaları, soyqırım yalanlarını bir dəfəlik unudaraq qətiyyətli addımlar atmağı tələb etməkdədir. Yerevandakı iqtidar Bakı və Ankaranın nəinki regional, qlobal siyasət və milli təhlükəsizlik istiqamətlərini də bir-biriylə məsləhətləşərək tək millət iki dövlət paradiqmasıyla hərəkət etdiyini nəhayət anlamalı, Azərbaycanla sülh sazişi imzalamadan Ankarayla qalıcı normallaşmanın mümkün olmayacağını görməlidir.
Bunun üçünsə Azərbaycan Xarici İşlər və Müdafiyə Nazirliklərinin təmsilçilərinin də son günlər daha israrlı şəkildə dilə gətirdiyi kimi Xankəndindəki ermənilərin separatçı silahlılardan tamamən təmizlənməsi məsələsi həll edilməlidir. Xankəndi, Xocalı və Xocavənd də Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi orada da Bakının suverenliyi təmin edilməli, Zəngəzur dəhlizi ləngidilmədən açılmalıdır.
Türkiyə Paşinyan Ermənistanının çoxdan arzuladığı Qərbə inteqrasiyanın, yoxsulluq və təcritdən xilas olaraq rifah yoluna qədəm qoymanın da yeganə qapısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



