“Ukraynanın iştirakı olmadan Ukrayna haqqında danışmaq olmaz”

“Ukraynanın iştirakı olmadan Ukrayna haqqında danışmaq olmaz”

Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlarda hər hansı ərazi güzəştinə getməli olub-olmamasına özləri qərar verməlidirlər. SİA “rambler”ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABŞ prezidenti Cozef Bayden Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, Kiyevin “atəşkəs üçün hər hansı Ukrayna ərazisini verməli olub-olmaması” sualına ABŞ prezidenti, “Bu, tamamilə Ukraynanın qərarından asılıdır. Ukraynanın iştirakı olmadan Ukrayna haqqında danışmaq olmaz” cavabını verib.

“Düşünmürəm ki, onlar bunu etməli deyillər. Amma bu, onlara bağlıdır”, - Bunu da Bayden əlavə edib.

Qeyd edək ki, Ukrayna ilə Rusiya Federasiyası arasında “danışıqların getdiyini” bəyan edən Bayden ölkəsinin bu məsləhətləşmələrdə iştirak etmədiyini bir daha vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə