BMT-nin Somalidәki nümayәndәliyinә hücum edilib

BMT-nin Somalidәki nümayәndәliyinә hücum edilib

BMT-nin Somalinin paytaxtı Moqadişodakı nümayәndәliyinә hücum edilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barәdә Somalinin milli televiziya kanalı mәlumat yayıb. Mәlumata görә, tәhlükәsizlik qüvvәlәri hücuma lazımi cevabı verib.Hücum nәticәsindә üç tәhlükәsizlik xidmәti әmәkdaşı yaralanıb.

Qarşıdurma zamanı üç terrorçunun öldürüldüyü bildirilib.

Hücuma görә mәsuliyyәti terror tәşkilatı Eş-Şәbab öz üzәrinә götürüb.

Qeyd edәk ki, terror tәşkilatı Eş-Şәbab keçәn il dә BMT nümayәndәliyinin yerlәşdiyi bölgәdә terror hücumu törәtmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə