AFAD Ukraynanın Lvov bölgəsində müharibə qurbanlarına isti yemək verir

AFAD Ukraynanın Lvov bölgəsində müharibə qurbanlarına isti yemək verir

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) Ukraynanın Lvov bölgəsində müharibə qurbanlarına isti yemək verir. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

AFAD-ın "Twitter" hesabından edilən paylaşıma görə, Türkiyənin yardım əlini Ukrayna xalqına çatdıran səyyar mətbəx maşını Lvov bölgəsində isti yemək verməyə başlayıb.

Paylaşımda isti yeməyin görüntüləri də yer alıb.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə