SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Cenevrədə dərc olunmuş hesabatında deyilir.
Tədqiqatın müəllifləri diqqəti qlobal iqtisadiyyatın sürətlə pisləşən perspektivinə yönəldirlər. Belə ki, bunun əsasında ərzaq, yanacaq və gübrə qiymətlərinin artımı dayanır.
Qurumun baş katibi Rebeka Qrinspa bildirib ki, Ukraynadakı münaqişə qlobal iqtisadiyyata zərbələr vurur və bu, COVID-19 pandemiyasının yaratdığı tənəzzüldən bərpa qazanclarını təhlükə altına qoyur, dayanıqlı inkişafa gedən yolu bağlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB