Rusiyada istismar edilən təyyarələrin yarıdan çoxu uçuşa yararlılıq sertifikatlarını itirib. Buna səbəb Bermud Mülki Aviasiya İdarəsinin (BCAA) Bermud adalarında qeydiyyatdan keçmiş gəmilərə dair sertifikatları geri götürməsi ilə bağlı bəyanatı olub.
Bermud Mülki Aviasiya İdarəsi aydınlaşdırıb ki, tətbiq edilən sanksiyalara görə onlar Rusiya təyyarələrində uçuşların təhlükəsizliyinə lazımi şəkildə nəzarət edə bilməyəcəklər və buna görə də bütün etibarlı sertifikatları dayandıracaqlar.
SİA bu barədə “ren.tv” saytına istinad edir.
“Bermud Mülki Aviasiya İdarəsi Bermud adaları ilə Rusiya Federasiyası arasında müqavilənin 83bis maddəsinə əsasən fəaliyyət göstərən bu təyyarələr üçün bütün uçuşa yararlılıq sertifikatlarını müvəqqəti olaraq dayandırıb. 12 mart 2022-ci il saat 23:59 UTC-də havada olan istənilən təyyarə üçün müvəqqəti dayandırma dərhal qüvvəyə minəcək və təbii ki, eniş etdikdən sonra...”
Qeyd edək ki, bu barədə agentliyin rəsmi saytındakı bəyanatda deyilir.
Xatırladaq ki, rus saytı yazır ki,, ABB konsaltinq agentliyinin məlumatına görə, Rusiyada istismar edilən 1367 təyyarədən 745-i Bermud adalarında qeydiyyatdan keçib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB