İsrailin baş naziri Zelenskiyə məsləhət verib?

İsrailin baş naziri Zelenskiyə məsləhət verib?

İsrailin baş naziri Naftali Bennett çərşənbə axşamı, martın 8-də Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında ona Rusiya lideri Vladimir Putinin hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etməyi tövsiyə edib. SİA xəbər verir ki, bu barədə TASS "Axios" portalına istinadən bildirib

Adı açıqlanmayan ukraynalı məmurun nəşrə verdiyi məlumata görə, bu təklif Zelenski administrasiyası tərəfindən elə də yaxşı, mən deyərdim ki, mənfi qarşılanıb: "...Bennett, əslində, bizdən təslim olmağımızı xahiş edir, biz isə bunu etməyəcəyik"-deyə bildirilib.

Maraqlıdır ki, “Baş nazir Zelenskiyə hər hansı tövsiyə və ya məsləhət vermək niyyətində deyil” deyə bəyan edən İsrail baş nazirinin nümayəndəsi aldığı məlumatı etibarsız adlandırıb.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl İsrail Knessetinin spikeri Mikki Levi Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın xüsusi əməliyyatı ilə bağlı israilli deputatlara müraciət etməyə icazə verməmişdi. Belə ki, bu onu Knessetdə deputatların sayının az olnası ilə əlaqələndirmiçdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə