SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz Rusiyanı daha da təcrid etmək üçün Hindistan və Körfəz ölkələri də daxil olmaqla, bütün dünyada iqtisadi və təhlükəsizlik ittifaqları qurmaq üçün işimizi sürətləndirəcəyik”, – Trass deyib.
Trass qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, bu, Avropa və qlobal təhlükəsizlik üçün fəlakətli nəticələrə gətirib çıxaracaq:
“Biz açıq şəkildə bildirəcəyik ki, suveren ölkələr tapdalana bilər. Ona görə də Moskvaya cavabımız daha sürətli və güclü olmalıdır”, – Trass vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB