Ukrayna Silahlı Qüvvələri Derqaçi şəhərini azad edib

Ukrayna Silahlı Qüvvələri Derqaçi şəhərini azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini azad edib və əraziyə tam nəzarət edir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.

“Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz onları həmləsini dəf edərək, əks-hücum əməliyyatına başlayıb”, – Sinequbov qeyd edib.

Administrasiya rəhbərinin sözlərinə görə, Rusiya tərəfinin itkiləri arasında 2 tank və 2 zirehli texnika da var.

Bütün xəbərlər Facebook səhifəmizdə