BMT rәsmisindən iki ölkə arasındakı gәrginliklә bağlı xәbәrdarlıq
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna və Rusiya arasında artan gərginliyin son dərəcə təhlükəli olduğu barədə xəbərdarlıq edib və tərəfləri təmkinli olmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rosemary DiCarlo BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə Ukrayna ilə Rusiya arasındakı gәrginliyi qiymәtlәndirib.
DiCarlo deyib: ‘‘Hәqiqәt ondan ibarətdir ki, hazırkı vəziyyət son dərəcə təhlükəlidir. Biz bütün tərəfləri maksimum təmkinli olmağa çağırırıq".
2014-cü ildən bәri Ukraynanın şərqində 14 min insanın həyatını itirdiyini və yeni qarşıdurma ehtimalının qəbuledilmәz olduğunu vurğulayan DiKarlo Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmәt göstәrilmәsi ilә әlaqәdar çağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB