“SpaceX” şirkətinə məxsus raketin qalıqları Ay səthinə çırpılacaq

“SpaceX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketinin ikinci pilləsinin hərəkət traektoriyası məlum olub.

SİA-nın xəbərinə görə, 2015-ci ildə DSCOVR müşahidə peykini orbitə qaldırdıqdan sonra raketin əsas hissəsi təkrar istifadə üçün Yerə qaytarılıb. İkinci hissə isə “xaotik” orbitdə tərk edilib.

Bu günlərdə astronomlar raket qalıqlarının traektoriyasını hesablaya biliblər. Məlum olub ki, yanvarın əvvəlində Ayın yaxınlığından keçən cismin traektoriyası dəyişib. Xüsusi proqramla hesablama nəticəsində məlum olub ki, raket qalıqları martın 4-də 9000 km/saat sürətlə Ayın yerdən görünməyən hissəsinə çırpılacaq. 4 tonuq əşyanın Aya çırpılması nəticəsində böyük krater əmələ gələcək. Bu hadisəni Yerdən izləmək mümkün olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...