''Tiqray bölgǝsinǝ humanitar yardım çatdırmaq çətinləşib''

''Tiqray bölgǝsinǝ humanitar yardım çatdırmaq çətinləşib''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Efiopiyada davam edən toqquşmaların humanitar yardımın Tiqraya çatmasını çətinləşdirdiyini bildirib.

SİA-nın məlumatına görə, BMT Baş katibinin sözçüsü Fərhan Haq keçirdiyi mətbuat konfransında Abala şəhəri ətrafında davam edən qarşıdurmalara görə humanitar yardım fəaliyyətlərinin dayandığını, 14 dekabrdan bəri Tiqraya humanitar yardımın göndərilmədiyini ifadǝ edib.

Humanitar yardım təşkilatlarının yanacaq problemi sǝbǝbindǝn bölgǝyǝ ərzaq yardımı çatdıra bilmədiyini bildirən Haq Tigraya endirilǝn hava zǝrbǝlǝrinin intensivləşməsinə diqqət çəkib.

Ölkənin şimalında bir ildən artıqdır davam edən toqquşmalar sǝbǝbindǝn təxminən 2,5 milyon insan evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalıb, 5 milyondan çox insanın təcili yardıma ehtiyacı var.

Bütün xəbərlər Facebook səhifəmizdə