Yəmən ordusu Şabva vilayətinə nəzarəti bərpa edib

Yəmən ordusu Şabva vilayətinə nəzarəti bərpa edib

Yəmən ordusu Şabva vilayətinin Useylan rayonunu “Ənsarullah” (husilər-red) silahlılarından geri alıb.

SİA xəbər verir ki, artıq əraziyə nəzarəti hökumətyönlü silahlı qrup təmin edib.

Hadisə şahidlərinin sözlərinə görə, hər iki tərəfdən ölən və yaralananlar var.

Husilər hələ ki, məlumatı şərh etməyiblər.

Qeyd edək ki, Yəməndə silahlı qarşıdurma 2014-cü ilin sentyabrından davam edir.

Husilər paytaxt Səna da daxil olmaqla, ölkənin qərbində geniş ərazilərə nəzarət edir.

Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə