İngiltərədə Kral Qvardiyasının hərəkəti ölkənin gündəmində olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, mühafizəçi, günlük gəzintisi zamanı qarşısında dayanan uşağı yerə yıxaraq yoluna davam edib. Həmin anlar yürüşü izləyən birinin mobil telefon kamerasına düşüb. Görüntü tez bir zamanda rəqəmsal dünyanın gündəminə düşüb və viral olub. Sosial şəbəkələrdə sürətlə yayılan görüntü 1 milyon 800 min baxış toplayıb. Bəzi sosial media istifadəçiləri bu vəziyyətə reaksiya göstərərək, mühafizəçinin uşağı yerə yıxmamasının lazım olduğunu müdafiə ediblər. Digərləri isə mühafizəçini müdafiə edərək, onun öz işi ilə məşğul olduğunu bildirib, valideynlərin uşaqlarına baxmalı olduğunu bildiriblər.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB