Ukrayna sərhədindəki gərginlikdə Rusiya günahkardır

Ukrayna sərhədindəki gərginlikdə Rusiya günahkardır

Ağ Evin sözçüsü Cen Psaki keçirilən gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın hərəkətləri və danışıqlarının Ukrayna ilə Rusiya sərhədində yeganə gərginliyin mənbəyi olduğunu, ABŞ və Rusiya nümayəndə heyətlərinin Ukrayna ilə bağlı görüşünün yeri və vaxtının hələ müəyyən edilmədiyini bildirib.
Ağ Evin sözçüsü Cen Psaki Ağ Evdə keçirilən gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 23-də keçirdiyi mətbuat konfransında ABŞ-ın gələn ay Cenevrədə görüşməyə hazır olduğu barədə açıqlamasına toxunan Psaki danışıqların yeri və vaxtı ilə bağlı detalları hələ dəqiqləşdirmədiklərini bildirib.

C. Psaki Rusiyanın ABŞ və NATO ölkələrinə etdiyi təhlükəsizlik təklifləri ilə bağlı "Diplomatik danışıqlar üzərində işləyirik. Rusiyanın irəli sürdüyü bəzi təkliflərlə razılaşa bilərik, lakin bəzilərini qəbul edə bilmərik" deyib.

Putinin ABŞ və tərəfdaşlarının Ukrayna sərhədində gərginliyi artırdığına dair iddialarını da rədd edən Psaki "Bu, çox gülməlidir. Rusiya-Ukrayna sərhədində gördüyümüz yeganə təcavüz Rusiyanın bölgəyə qoşun yeritməsi və Rusiya liderinin mübahisəli yanaşmasıdır" deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə