Son 10 ildə 30 000 tarixi eksponat ölkəyə qaytarılıb

Son 10 ildə 30 000 tarixi eksponat ölkəyə qaytarılıb

Misir son 10 ildə ölkədən qanunsuz şəkildə çıxarılan 30 000-dək tarixi eksponatı geri qaytarmağa nail olub.

SİA-nın xəbərinə görə, bunu “Al-Hayat” televiziyasına Turizm və Qədim Dövr nazirliyinin şöbə müdiri Şaban Abdel Qaudad bildirib.

Qaudadın sözlərinə görə, nazirliyin əməkdaşları bütün yerli və xarici hərracları yaxından izləyirlər. Buna görə də 2011-ci ildən indiyədək 29 300 eksponatı vətənə qaytarmaq mümkün olub. Təkcə bu il Vaşinqtondakı Bibliya muzeyində qədim Misir mədəniyyətinə aid 5300-dək məmulat aşkar edilib.

Qeyd edək ki, Misir son illərdə antik əşya qaçaqmalçılığına görə cəzaları sərtləşdirib. Ölkədən kənara çıxarılan nümunələr bir qayda olaraq qara arxeologiya nəticəsində əldə edilən əsərlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə